“Biz nadir hallarda rast gəlinən kəpənək xəstəliyi ilə bağlı dövlət proqramı hazırlayırıq. Bu layihəni aidiyyəti qurumlara təqdim etmişik. Düzdür, Azərbaycanda bu xəstəlik çox azdır, amma artmaması üçün dövlət proqramı hazırlayırıq”.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda xəstəliklərlə bağlı 16 dövlət proqramı var.