Xəzər Xəbər

Gələn aydan xaricdə təhsil üçün sənəd qəbuluna başlanılacaq

Cəmiyyət | 12:23 • 10 Noyabr 2022
Gələn aydan xaricdə təhsil üçün sənəd qəbuluna başlanılacaq

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üzrə xaricdə təhsil üçün sənəd qəbuluna dekabrda başlanılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil masa”sında çıxışı zamanı deyib.

Nazir müşaviri bildirib ki, proqramdan 400 tələbənin yararlanması nəzərdə tutulur: “Hər kəs üçün əlçatanlıq təmin edilməsi məqsədilə ötən illərdən fərqli olaraq bu il qeydiyyat daha tez başlanacaq. Hamıya bərabər imkanlar yaradılacaq ki, proqrama müraciət edə bilsinlər”.

Nicat Məmmədli qeyd edib ki, proqramda yer alan 15 prioritet ixtisas arasında magistratura səviyyəsi üzrə ixtisasların çoxluğu nəzərə alınaraq 320 magistr, 80 nəfər isə bakalavr tələbəsinin proqramdan faydalanması nəzərdə tutulub.

Xəbər lenti