Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə xezerxeber.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.