Bakıda 8 noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar 3 marşrut üzrə yollar bağlı olacaq.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlərlə əlaqədar marşrutlar nəzərdə tutulub: "Birinci marşrut- Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində, ikinci marşrut Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı.
Üçüncü marşrut isə Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı".
DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq: "Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər".