Xəzər Xəbər

Azərbaycanda “TikTok”a giriş məhdudiyyəti aradan qaldırıldı

Cəmiyyət | 18:39 • 5 Noyabr 2022
Azərbaycanda “TikTok”a giriş məhdudiyyəti aradan qaldırıldı

Bu gün saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. 

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, sentyabrın 14-də DTX-nın yaydığı məlumatda cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görüldüyü bildirilib. Qeyd olunub ki, həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanıb. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.

Xəbər lenti

Çox oxunanlar