Xəzər Xəbər

Səhiyyənin inkişafı ilə bağlı sənəd imzalanıb

Cəmiyyət | 16:24 • 5 Noyabr 2022
Səhiyyənin inkişafı ilə bağlı sənəd imzalanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanıb.
Xezerxeber.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, sənədi agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “CCN” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Murat Çeçen imzalayıblar.
İmzalanma mərasimi Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iş adamları iştirak ediblər.
Sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Xəbər lenti

Çox oxunanlar