Xəzər Xəbər

DİN Salyanda azyaşlı qız barədə yayılan məlumata münasibət bildirib

Cəmiyyət | 10:12 • 5 Noyabr 2022
DİN Salyanda azyaşlı qız barədə yayılan məlumata münasibət bildirib

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov yerli mediaya bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.

Xəbər lenti