Xəzər Xəbər

Yeniyetmənin ərə verilməsinin qarşısı alınıb YENİLƏNİB

Cəmiyyət | 17:32 • 4 Noyabr 2022
Yeniyetmənin ərə verilməsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda erkən  nikaha hazırlıq görülməsi ilə bağlı yayılan məlumatları araşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov yerli medianın sorğusuna cavab olaraq bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb.

Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon Polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar