Xəzər Xəbər

Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib

Cəmiyyət | 09:34 • 30 Sentyabr 2022
Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib

Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin sosial təminatı tədbirləri geniş miqyas alıb.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Beləliklə, 3850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.

Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 500 müharibə əlili avtomobillə təmin edilib.

Xəbər lenti

Çox oxunanlar