"Bakı-2015" I Avropa Oyunlarında uğurlu çıxışı ilə diqqət çəkən Azərbaycanın boks yığması ciddi itki ilə üzləşib.
XezerXeber.com-un məlumatına görə, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçumuz Məhəmmədrəsul Məcidov böyük ehtimalla, sabah yarımfinal döyüşünə çıxa bilməyəcək.
Buna onun 1/4 finalda Türkiyə təmsilçisi Əli Dəmirəzənlə görüşdə qaşından və gözündən ciddi zədə alması səbəb olub.
Həkimlərin Məcidovun sabah rusiyalı Qasan Qimbatovla yarımfinal döyüşünə çıxmasına icazə vermədiyi bildirilib.
Qeyd edək ki, 1/4 finalda türkiyəli Əli Dəmirəzəni 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa və dünya çempionumuz "Bakı-2015"i bürünc medalla başa vurub.
Əlavə edək ki, M.Rəsulovun yarışda iştirakını dayandırması haqda ilk xəbəri azerisport.com saytı yayıb.