Xəzər Xəbər

"Bakı-2015": Bu gün hansı yarışlar keçiriləcək?- Cədvəl

Bakı-2015 | 09:44 • 25 İyun 2015
"Bakı-2015": Bu gün hansı yarışlar keçiriləcək?- Cədvəl

Bu gün 4 növdə 21 dəst medalın sahibi müəyyənləşəcək.

Bu gün cüdo yarışlarına start veriləcək. Bu növdə 5 çempionun adına aydınlıq gələcək. Boksçular da eyni sayda çəki dərəcəsində qalibləri müəyyənləşdirəcək.

Daha çox – 9 medal dəsti uğrunda mübarizə aparacaq üzgüçülər növbəti günü arxada qoyacaq. Əvvəlki iki gündə olduğu kimi qılıncoynadanlar daha 2 növdə mükafat qazanmağa çalışacaq.

Badminton, basketbolun 3x3 növü, çimərlik futbolu və voleybolda isə növbəti matçlar keçiriləcək.

25 iyun

09:00. Qılıncoynatma
Kişilər, rapira
Qadınlar, sablya
Bakı Kristal Zalı

09:30. Üzgüçülük
Bakı Su İdmanı Mərkəzi

10:00. Badminton
Fərdi yarışlar, 1/8 final
Cütlər, 1/4 final
Qarışıq cütlər, qrup mərhələsi
Bakı İdman Zalı

12:00. Cüdo
Kişilər, 60 kq, 66 kq
Qadınlar, 48 kq, 52 kq, 57 kq
Heydər Əliyev adına İdman Arenası

12:30. Boks
Yarımfinal
Qadınlar, 54 kq, 64 kq
Kişilər, 52 kq, 64 kq, +91 kq
Final
Qadınlar, 51 kq, 75 kq
Kişilər, 49 kq, 56 kq, 81 kq
Bakı Kristal Zalı

15:00. 3x3 Basketbol
1/8 final, 1/4 final
Basketbol Arenası

16:00. Çimərlik futbolu
Qrup mərhələsi, II tur
Çimərlik Arenası

17:00. Voleybol
Qadınlar, yarımfinal
Polşa - Serbiya
Bakı Kristal Zalı

19:30. Voleybol
Qadınlar, yarımfinal
Türkiyə - Azərbaycan
Bakı Kristal Zalı

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024