Xəzər Xəbər

"Bakı-215": Bu gün cüdoçularımız tatamiyə çıxır

Bakı-2015 | 10:16 • 25 İyun 2015
"Bakı-215": Bu gün cüdoçularımız tatamiyə çıxır

Bu gün Avropa Oyunlarında cüdoçularımız mübarizəyə başlayır.60 kq çəki dərəcəsində millimizi Orxan Səfərov və İlqar Müşkiyev təmsil edəcək. Hər iki idmançımız 1/16 mərhələsindən azadır.

 

66 kq çəki dərəcəsində Tərlan Kərimov rusiyalı Mixail Pulyayevlə qaqrşılaşacaq. Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən digər cüdoçumuz Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla üz-üzə gələcək.

 

Qadınların 48 kq çəki dərəcəsində Azərbaycanı 2 idmançımız təmsil edəcək. Leyla Əliyeva sloveniyalı Kristina Vrsiç qarşılaşacaq.

 

Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı ilə gücünü sınayacaq.

 

52 kq çəki dərəcəsində  Səkinə Zairova israilli Roni Svartsla üz-üzə gələcək.

 

57 kq çəki dərəcəsində millinin  liderlərindən sayılan Kifayət Qasımova 1/16 final mərhələsində serbiyalı Yovana Roqiçlə qarşılaşacaq.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024