Azərbaycan yığmasının 8 üzvü (4 qadın, 4 kişi) mübarizəyə qoşulacaq.
25 iyun
Kişilər
60 kq
Yığmamızın iki üzvü Orxan Səfərov və İlqar Müşkiyev mübarizəyə 1/8 finaldan start verəcəklər. Səfərov bu mərhələdə Yan Sikardi (Monteneqro) - Arif Bağırov (Belarus) cütünün, Müşkiyev isə Franssiko Qarriqos (İspaniya) - Alon Rəhim (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
66 kq
Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz mübarizəyə 1/16 finaldan qoşulacaq. Nicat Şıxəlizadə ilk görüşündə türkiyəli Sinan Sandalla üz-üzə gələcək. Bu görüşün startı saat 13:00-a nəzərdə tutulub. Digər idmançımız Tərlan Kərimov isə rusiyalı Mixail Pulyaevlə qarşılaşacaq. Onun saat 13:12-də tatami üzərinə çıxacağı gözlənilir.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. İlk olaraq tatami üzərinə Leyla Əliyeva çıxacaq. O, 1/16 finalda sloveniyalı Kristina Vrsiç qarşılaşacaq. Görüşün saat 12:00-da başlayacağı nəzərdə tutulub.
Digər təmsilçimiz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə üz-üzə gələcək. Onun saat 12:12-də tatami üzərinə çıxacağı gözlənilir.
52 kq
Yığmamızın üzvü Səkinə Zayirova mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk görüşündə israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək. Görüşün saat 12:12-də başlayacağı gözlənilir.
57 kq
Millimizin medal ümidlərindən olan Kifayət Qasımova 1/8 finala vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə yarışacaq. Onun tatami üzərinə saat 13:18-də çıxacağı nəzərdə tutulub.