“Bakı-2015” ilk Avropa Oyunlarının 14-cü günündə idmançılar 23 dəst medal uğrunda mübarizə aparacaqlar.
Bu gün cüdo, üzgüçülük, boks, qılıncoynatma və basketbol idman növləri üzrə yarışlar keçiriləcək. Həmçinin həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti ilə əlaqədar olaraq BMX velosiped yarışları bu gün baş tutacaq. Bunun ardınca kişi və qadınlar arasında motokros yarışları olacaq. Yarımfinal və final yarışları isə bazar günü start götürəcək.
Bu gün 3x3 basketbol yarışları başa çatacaq. Boksda 5, cüdoda 6 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Avropa Oyunlarının 14-cü günü həmçinin üzgüçülüyün 7 növü, qılıncoynatmanın 3 növü üzrə qalibləri müəyyən edəcək. Həmçinin voleybol, çimərlik futbolu və badminton üzrə növbəti mərhələnin oyunları keçiriləcək.
Qeyd edək ki, medallar üzrə ölkələrin reytinqində Rusiya 123 medalla birinci yerdədir. İkinci pillədə Azərbaycan (46), üçüncü yerdə isə Böyük Britaniya (34) qərarlaşıb.