Bakı-2015 ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır. Yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış bağlanış mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.
Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ictimaiyyəti məlumatlandırır ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir.
Komitədən verilən məlumata görə, təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı-2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.
Bakı-2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı-2015-in veb-səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassasından əldə etməsini təmin etmək istəyir.
Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb-səhifəsindən əldə etmək mümkündür.