Xəzər Xəbər

Bilet almaq istəyənlər bu xəbəri mütləq oxusun!

Bakı-2015 | 13:56 • 26 İyun 2015
Bilet almaq istəyənlər bu xəbəri mütləq oxusun!

İlk Avropa Oyunları yarışlarının son günlərinə və bağlanış mərasiminə biletlərə olan tələbat əhəmiyyətli dərəcədə artıb.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) bildirilib ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir. “Bakı-2015” ictimaiyyəti biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır.

Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyinin qarşısını almaq məqsədilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, Oyunların hər hansı bir yarışına bileti yüksək qiymətə satan istənilən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.

Azarkeşlər Avropa Oyunlarına biletləri “Bakı-2015”in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə edə bilərlər.

Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür./azərtac

Xəbər lenti

Çox oxunanlar