Bu medallar boks, cüdo, badminton, qılıncoynatma, üzgüçülük və voleybol növlərində təqdim olunub.
Azərbaycan yığması bu gün 4 mükafat qazanıb. Millimizin aktivinə bütün medalları boksçular yazdırıblar. Albert Səlimov, (60 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblarsa, Xaybula Musalov (75 kq) gümüş medala layiq görülüb. Dünən 3-cü yeri tutan qadın boksçumuz Yana Alekseyevna (60 kq) isə mükafatına bu gün qovuşub.
Qeyd edək ki, I Avropa Oyunlarında sona bir gün qalmış ümumilikdə 244 dəst medal öz sahibini tapıb.
Boks
Kişilər
60 kq
1. Albert Səlimov (Azərbaycan)
2. Sofian Oumiya (Fransa)
3. Sin Makkomb (İrlandiya)
3. Mateuş Polski (Polşa)
69 kq
1. Pərviz Bağırov (Azərbaycan)
2. Aleksandr Besputin (Rusiya)
3. Joş Kelli (Böyük Britaniya)
3. Yaroslav Samofalov (Ukrayna)
75 kq
1. Maykl Oreylli (İrlandiya)
2. Xaybula Musalov (Azərbaycan)
3. Zoltan Harksa (Macarıstan)
3. Maksim Koptyakov (Rusiya)
91 kq
1. Abdulqadir Abdullayev (Azərbaycan)
2. Qevorq Manukyan (Ukrayna)
3. Bepo Josip Filipi (Xorvatiya)
3. Sadam Maqomedov (Rusiya)
Qadınlar
60 kq
1. Keti Teylor (İrlandiya)
2. Estelle Mosseli (Fransa)
3. Yana Alekseyevna (Azərbaycan)
3. Taşena Buqar (Almaniya)
Cüdo
Kişilər
90 kq
1. Kirill Denisov (Rusiya)
2. Varlam Liparteliani (Gürcüstan)
3. İlias İliadis (Yunanıstan)
3. Gillaume Elmont (Hollandiya)
100 kq
1. Qrol Henk (Hollandiya)
2. Lukas Krpalek (Çexiya)
3. Toma Nikiforov (Belçika)
3. Kirill Maret (Fransa)
+100 kq
1. Adam Okruaşvili (Gürcüstan)
2. Or Sasson (İsrail)
3. Renat Saidov (Rusiya)
3. Yakiv Xammo (Ukrayna)
Qadınlar
78 kq
1. Marhinde Verkerk (Hollandiya)
2. Luise Malzayn (Almaniya)
3. Klementina Anamari Velensek (Sloveniya)
3. Qusye Stenuis (Hollandiya)
+78 kq
1. Emilie Andeol (Fransa)
2. Jasmin Kuelbs (Almaniya)
3. Belkis Kaya (Türkiyə)
3. Svitlana Yaromka (Ukrayna)
Badminton
Kişilər
Cütlər
1. Karsten Moqensen/Matias Boe (Danimarka)
2. İvan Sozonov/Vladimir İvanov (Rusiya)
3. Rafael Bek/Haynts Andreas (Almaniya)
3. Sem Maqe/Joşua Maqe (İrlandiya)
Qadınlar
Cütlər
1. Stefani Stoyeva/Qabriela Stoyeva (Bolqarıstan)
2. Yekaterina Bolotova/Yevgeniya Kosetskaya (Rusiya)
3. Yiyit Neslihan/Özge Bayrak (Türkiyə)
3. Maria Helsob/Lena Qrebak (Danimarka)
Qılıncoynatma
Kişilər
Sablya
1. Fransa
2. Rusiya
3. İtaliya
Rapira
1. Böyük Britaniya
2. İtaliya
3. Rusiya
Qadınlar
Şpaqa
1. Ukrayna
2. İtaliya
3. Rusiya
Üzgüçülük
Kişilər
400 metr fərdi kompleks
1. Nikolay Sokolov (Rusiya)
2. İqor Baliberdin (Rusiya)
3. Karol Zbutoviç (Polşa)
100 metr brass
1. Anton Çupkov (Rusiya)
2. Andrius Sidlauskas (Litva)
3. Çarli Attvud (Böyük Britaniya)
200 metr sərbəst
1. Dankan Skott (Böyük Britaniya)
2. Kamerun Kurle (Böyük Britaniya)
3. Elisey Stepanov (Rusiya)
100 metr batterflyay
1. Danil Paxomov (Rusiya)
2. Alberto Mateos Lozano (İspaniya)
3. Danil Antipov (Rusiya)
50 metr sərbəst
1. Ziv Kalontarov (İsrail)
2. Covanni İzzo (İtaliya)
3. Aleksey Brianski (Rusiya)
4x100 kompleks ötürmə
1. Rusiya
2. Böyük Britaniya
3. Polşa
Qadınlar
100 metr arxa üstə
1. Polina Yeqorova (Rusiya)
2. Mariya Kameneva (Rusiya)
3. Pauline Maheu (Fransa)
100 metr brass
1. Mariya Astaşkina (Rusiya)
2. Culia Verona (İtaliya)
3. Daria Çikunova (Rusiya)
200 metr fərdi kompleks
1. Maksin Uolters (Almaniya)
2. İlaria Kusinato (İtaliya)
3. Abbe Vud (Böyük Britaniya)
50 metr batterflyay
1. Polina Yeqorova (Rusiya)
2. Karoline Pilatş (Avstriya)
3. Culie Yensen (Danimarka)
4x200 metr sərbəst ötürmə
1. Rusiya
2. Hollandiya
3. Böyük Britaniya
Voleybol
Qadınlar
1. Türkiyə
2. Polşa
3. Serbiya