Xəzər Xəbər

Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd - Salahlı karnavalı görməyənləri şoka salır - VİDEO

Veb TV | 19:08 • 22 Mart 2019
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd -

Bu kənddə keçirilən bayram ölkəyə sözün əsl mənasındasəs salır. Qazaxda yazın gəlişi fərqli şəkildə qeyd olunur. Qədimdən gələn adət-ənənənələr bu gün də yaşadılır. Günortadan başlayan bayram şənliyisəhərə kimi davam edir. Daha maraqlısı isə odur ki, kəndin gəncləri qadın paltarları geyinib kəndi qapı-qapı gəzirlər. Onların dabelə geyməkdə öz məqsədi var.

Həmin gün yəni martın21-i hər kəsin qapı-bacası açıq olur. Kənd cammatı günortadan, axşam keçiriləcək bayram şənliyinə tədarük görür..

Fərqli Novruz şənliyi Qazaxın Yuxarı Salahlı kəndində qeyd olunur. Böyükdən kiçiyə hər kəs küçələrə çıxır, tonqal qalayıb ətrafında toplaşıb,bayramlaşırlar... Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlərolur.

Kəndlilər buşənliyə"Salahlı karnavalı" da deyirlər.Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə gecənin qaranlığına xüsusi rəng qatır...

Onlar bu cür geyimlərlə evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Girdikləri evlərdən isə bayram nəməri alırlar. Kim pul verməsə əllərindəki dəyənəklə ev sahiblərini döyürlər.

Kəndi gəzən gənclər sonra Bakı-Qazax avtomagistralının kəndin içindən keçən hissəsində avtomobilləri dayandırıb,rəqs edirlər. "Salahlı karnavalı" Səhər saatlarına qədər davam edir

Xəbər lenti