Xəzər Xəbər

Bakıda bina tikintisinə görə poliklinika bağlanılıb? - İDDİA və RƏSMİ CAVAB - VİDEO

Veb TV | 19:59 • 28 İyul 2018
Bakıda bina tikintisinə görə poliklinika bağlanılıb? -

Binəqədi rayonunda 27 min vətəndaşa xidmət edən poliklinika binasının başqa bir yerə köçürülməsi ərazidə yaşayanların narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi rayonunda, 6 -cı mikrorayonda yerləşən 27 saylı poliklinikadan gedir.

Artıq bir neçə aydır ki, həmin poliklinikanın 9-cu mikrorayon ərazisində yerləşən 9 saylı poliklinikanın yerləşdiyi binaya köçürülməsi sakinləri narahat edir. Əsasən yaşlı insanlar uzaq olduğundan və onların səhhətləri imkan vermədiyindən 9 saylı poliklinikaya getməkdə çətinlik çəkdiklərini bildirir.

Poliklinikanın pasiyentləri iddia edir ki, ərazinin yaxınlığında bina tikilir və elə həmin tikintiyə görə bu poliklinika köçürülüb və gələcəkdə burda da yaşayış binası tikiləcək.

Ərazinin yaxınlığında tikinti aparan ''Kapital-d'' MMC nin nümayəndəsi Mehman Bağırovun veridiyi məlumaat görə, poliklinikanın bağlanmasının onların tikintsi ilə heç bir əlaqəsi yoxdur, burada 10 mərtəbəli yaşayış binası tikilir və girişi də fərqli tərəfdən olacaq.

Səhiyyə Nazirliyindən verilən məlumata görə isə, 27 saylı poliklinikanın binası yararsız vəziyəytdə olduğu üçün bağlanılıb və vətəndaşların tibbi xidmətdən istifadəsi üçün digər binada şərait yaradılıb. Bu poliklinika binasının təmir ediləcəyi və yaxud yerində hansı tikilinin inşa ediləcəyi ilə bağlı məlumat isə həftənin ilk iş günündə rəsmi formada açıqlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti