Xəzər Xəbər

Bakıda ağacları kəsib yerində bina tikirlər - Sakinlər narazıdır - VİDEO

Veb TV | 19:42 • 4 İyun 2018
Bakıda ağacları kəsib yerində bina tikirlər -

Bakıda 2 binanın sakinləri aparılan tikinti işlərindən narazıdır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı ərazidən gedir.

Sakinləri narazı salan səbəb binalarının yaxınlığında aparılan tikinti işidir. Onlar iddia edirlər ki, bir müddət əvvəl burada olan ağaclar kəsilib. Indi də həmin ərazidə bina tikilməsi üçün qazıntı işlərinə başlanılıb.

Sakinlər iddia edirlər ki, burada 13 mərtəbəli bina tikiləcək. Onların sözlərinə görə, bu hal yaxınlıqdakı beşmərtəbəli binalarda yaşayanlara ciddi problemlər yaradacaq.

Sakinləri narazı salan tikinti işlərini "TFM Smart Project" MMC aparır. Şirkətin eskiz layihəsinə görə, ərazidə 4+ mansard tipli yaşayış binası inşa ediləcək. Şirkətdən bildirildi ki, həmin ərazidə tikinti aparmaq üçün hazırlanan layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və Nəsimi rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Bununla bağlı müvafiq icra hakimiyyəti tərəfindən sərəncam da verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti