Noyabrın 18-i Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, qəza Qubadan İspik kəndinə gedən yolda baş verib. Avtomobilin aşması nəticəsində 3 yaşlı Poladov Polad Şaban oğlu dünyasını dəyişib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.