Xəzər Xəbər

Göygöldə evə silahlı basqın: 2 nəfər saxlanıldı

Hadisə | 11:08 • 22 Oktyabr 2020
Göygöldə evə silahlı basqın:

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus evə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən, ev sakinlərinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə sentyabr ayının 26-sı səhər saatlarında rayonun Qızılqaya qəsəbə sakini Fikrət Əliyev RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və yoldaşı - İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra 600 manat nəğd pul, bir ədəd mobil telefon və digər əşyaları götürüb qaçdıqlarını bildirib.


Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum olunmuş Həmid Abdullayev və Azər Səmədov olduqları müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirərək hadisənin törədilməsində istifadə olunan 1 ədəd tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti