Xəzər Xəbər

Ermənistanda 13 MiQ-29 peyda oldu

Hadisə | 10:16 • 22 Oktyabr 2020
Ermənistanda 13 MiQ-29 peyda oldu

Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb.


Avia.pro bildirir ki, İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir.


Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur.


Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir.


Ermənistan ərazisində ciddi hərbi qruplaşmaya malik olmasına rəğmən, Rusiya Qarabağdakı hərbi əməliyyatlara müdaxilə etməməyə üstünlük verir. Rəsmi Moskva münaqişəni diplomatik yollarla həll etməyə çalışır.


Milli.Az

Xəbər lenti