Xəzər Xəbər

SOCAR-da boşdayanmadakı işçilərin intensiv təlimlərinə başlanılıb

Gündəm | 13:56 • 5 Avqust 2020
SOCAR-da boşdayanmadakı işçilərin intensiv təlimlərinə başlanılıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə boşdayanma zamanı intensiv təlimlərə cəlb olunacaq işçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirilmə prosesinə start verilib.


XəzərXəbər xəbər verir ki, qiymətləndirmə test imtahanları vasitəsi ilə SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində həyata keçirilir.


Test imtahanlarının ilk günündə şirkətin "Azneft” İstehsalat Birliyinin və Kompleks Qazma İşləri Trestinin 179 əməkdaşı iştirak edib.


Qlobal iqtisadi böhran fonunda neft hasilatının məhdudlaşdırılması nəticəsindəminlərlə neft sənayesi işçiləri də dünya üzrə boşdayanmaya məruz qalmaqdadır. Qlobal bazarlarda işçilər əsasən kütləvi ixtisarlara məruz qalsa da, SOCAR vəziyyətdən çıxış yolunu kütləvi ixtisarlarda deyil,işçilərinitəlimlər vasitəsi ilə daha da inkişaf etdirməkdə və hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli faəliyyət sahələrinə yönləndirməkdə görür.


SOCAR-ın informasiya texnologiyaları, insan resursları və rejim üzrə vitse-prezidenti Xalik Məmmədovun sözlərinə görə, ölkə prezidentinin tövsiyələri rəhbər tutularaq, ölkə qarşısında sosial məsuliyyət dərk edilərək şirkət hətta dünyada hökm sürən böhran şəraitində də kütləvi ixtisarlara yol vermir, əksinə, işçilərini inkişaf etdirmək yolunu seçir: "Əsas qayəmiz yeni rəqəmsal dövrün tələbatına uyğun olaraq, işçilərimizin səriştə və bacarıqlarını yenidən formalaşdırmaq, mövcud olan işçilərimizi lazım olan fəaliyyət sahələrinə yönləndirmək, insanlarımızı qorumaq və şirkətin əməliyyat dayanıqlığını təmin etməkdir". 


Qobustan təlim mərkəzində keçiriləcək test imtahanları növbəti həftələrdə də davam etdiriləcək. SOCAR-ın Siyəzən şəhərindəfəaliyyət göstərən işçiləri üçün test imtahanları avqust ayının növbəti həftələrində Siyəzən şəhərində keçiriləcək.


Test imtahanları pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq, şəxsi qoruyucu vasitələrlə,sosial məsafəvə təmizlik-dezinfeksiyayariayət etməklə təşkil olunur. Test imtahanlarında iştirak edən işçilərin yekun qiymətiimtahan nəticələri ilə yanaşı, təhsil, təcübə və s. kimi digər meyarlarəsasındaformalaşır. Test nəticələri qulluqçu kateqoriyalı işçilərin ümumi qiymətləndirmə balının 50%-ni, ixtisaslı fəhlə kateqoriyasında çalışan işçilərin isə 60%-ni təşkil edəcər.


Növbəti mərhələlərdə qiymətləndirmə nəticələrinə uyğun olaraq işçilərin yerləşdirilməsi və  müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinin formalaşdırdığı reytinq əsasında işçinin həm öz müəssisə və ya təşkilatında, həm də SOCAR-ın digər müəssisələrində mövcud olan və işçinin kvalifikasiya göstəricilərinə uyğun olan vakant vəzifələrdə yerləşdirilməsi planlaşdırılır. Qiymətləndirmə nəticələrindən asılı olaraq, işçilər xüsusi və ya ümumi təlimlərə cəlb ediləcək, habelə işçilərin ikinci peşəyə yiyələnməsi üçün də şərait yaradılacaq.

Xəbər lenti