Xəzər Xəbər

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı öldürülüb

Dünya | 14:09 • 13 İyul 2020
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı öldürülüb

Əfqanıstanda "Taliban” döyüşçüləri tərəfindən Kunduz vilayətində yerləşən hərbi və polis məntəqələrinə hücum edilib.


Xezerxeber.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Kunduz vilayətinin valiliyinin sözçüsü Esmatullah Muradi keçirdiyi mətbuat konfransında bildirib ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı öldürülüb.


O əlavə edib ki, hadisə zamanı daha 2 nəfər xəsarət alıb.

"Terrorçular da itki verib. Belə ki, 3 terrorçu məhv edilib, 4 terrorçu isə yaralanıb”, - deyə E. Muradi vurğulayıb.

"Taliban” isə silahlı hücum zamanı təhlükəsizlik qüvvələrinin 19 əməkdaşının öldürüldüyü açıqlayıb.

Xəbər lenti