Xəzər Xəbər

Avropa İttifaqı Belarusla viza rejimini sadələşdirəcək

Dünya | 18:36 • 18 Noyabr 2019
Avropa İttifaqı Belarusla viza rejimini sadələşdirəcək

Avropa İttifaqı Şurası Belarusla viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağa hazır olması qərarını açıqlayıb.


Sənəd Aİ-nin rəsmi jurnalının saytında yerləşdirilib.


Qərarın mətnində deyilir: "Bu sənədə əsasən, Aİ adından Belarus Respublikası ilə viza rejiminin sadələşdiriməsi haqqında sazişi imzalamağa icazə verilir”.


Qeyd edək ki, Belarus və Avropa İttifaqı daha əvvəl viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağı planlaşdırıblar. Aİ-nin Belarus nümayəndəliyinin başçısı Andrea Viktorin bildirib ki, viza rejiminin sadələşdirilməsi haqqında sazişin mətninə dair bütün razılaşmalar artıq əldə olunub.

Xəbər lenti