Xəzər Xəbər

Ali məktəblər nə vaxt açılacaq? - Nazir açıqladı

Cəmiyyət | 12:24 • 22 Yanvar 2021
Ali məktəblər nə vaxt açılacaq? -

Fevralın 1-dən sonrakı növbəti iki həftə ərzində V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir. Amma bu, yoluxmadan asılıdır. Çünki yoluxma proqnozunu indidən vermək çətindir. Buna görə kifayət qədər ehtiyatlı addımlar atmalıyıq”.


Xezerxeber.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib.


Nazir deyib ki, metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Hazırda bütün inzibati ərazilərdə heç olmasa gün ərzində 1 yoluxma belə var. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə - yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır". 

Xəbər lenti