Xəzər Xəbər

Sumqayıtda ər arvadını oteldə öldürüb

Hadisə | 10:28 • 17 Yanvar 2021
Sumqayıtda ər arvadını oteldə öldürüb

Sumqayıtda ər arvadını boğaraq öldürüb.


Hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.


Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti