Xəzər Xəbər

Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

Cəmiyyət | 16:50 • 16 Yanvar 2021
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

"Hazırda Prezidentin göstərişi ilə mühüm bir proqram - keçmiş köçkünlər üçün tikilən mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır”.


XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında çıxışı zamanı deyib.


Nazirin sözlərinə görə, artıq bu işlər yekunlaşandan sonra yaxın aylarda şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunmasına başlanacaq.

Xəbər lenti