Xəzər Xəbər

Azərbaycanda hava təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ Yanvarın 15-də...

Cəmiyyət | 18:49 • 14 Yanvar 2021
Azərbaycanda hava təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Bu gün cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb.


Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır.


Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək.


BAKU.WS

Xəbər lenti