Xəzər Xəbər

Ağdam Çörək muzeyi də erməni vandallığına məruz qalıb - FOTOLAR

Mədəniyyət | 10:52 • 14 Yanvar 2021
 Ağdam Çörək muzeyi də erməni vandallığına məruz qalıb  -
Ermənistan silahlı qüvvələrinin uzun illər işğalı altında qalmış Azərbaycan ərazilərindəki maddi-mədəniyyət nümunələri böyük dağıntılara məruz qalıb. 


Xezerxeber.az xəbər verir ki, erməni vandallığına məruz qalmış məşhur binalardan biri də Ağdam Çörək muzeyidir. 

Erməni barbarları tərəfindən işğal edilən və dağıdılan Ağdam şəhərində bir vaxtlar gözəlliyi ilə seçilən 

Ağdam Çörək muzeyindən indi əsər-əlamət qalmayıb. Muzeyin binası tamailə yararsız hala salınıb. 


Xatırladaq ki, Ağdamda dünyada ikinci çörək muzeyinin açılması ideyası 1982-ci ildə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Muzey ilk qonaqlarını 1983-cü il noyabrın 25-də qəbul edib. Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonda adlı-sanlı nəsildən olan Məhəmməd Qarayev tərəfindən inşa etdirilib.

Dəyirman mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunub. Kompleksə karvansara da daxil olub. Sovet illərində "Dəyirman həyəti” adlandırılan bu ərazidəki karvansara yaşayışa uyğunlaşdırılıb və yerli sakinlərin istifadəsinə verilib. 1987-ci ildə dəyirman tam işlək vəziyyətə gətirilib. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal ediləndən sonra buradakı bütün maddi-mədəniyyət abidələri, yaşayış və inzibati binalar tamamilə dağıdılıb. Raron 2020-ci il noyabrın 20-də işğaldan azad olunub. 



Atif

Xəbər lenti