Xəzər Xəbər

Diyetoloq alkoqol və xaşın təsiri haqqında danışdı

Cəmiyyət | 11:55 • 3 Dekabr 2020
Diyetoloq alkoqol və xaşın təsiri haqqında danışdı

Yeni növ koronavirusa yoluxanların sayı artmaqda davam edir. Həkimlər ilk gündən infeksiyadan qorunmağın ən əsas yolunun immunitet sistemini gücləndirməkdən keçdiyini vurğulayırlar. Hesablamalara görə, dünya əhalisinin 15 faizi immunitet zəifliyindən əziyyət çəkir. Mövsümi xəstəliklərin və pandemiyanın yayıldığı bir vaxtda immun sistemini gücləndirmək üçün hansı qidaları qəbul etməliyik?


Bu barədə Xezerxeber.az-a danışan həkim-diyetoloq Leyla Zülfüqarlı qeyd edib ki, insanlar sink dəyəri yüksək olan qidalar qəbul etməlidirlər. "Ən çox məsləhət gördüyüm qidalar tərkibində, B və C vitaminlərini özündə ehtiva edən qidalardır. Buraya balıq, müxtəlif şorbalar, çərəz və tərəvəzlər daxildir. Mayelərdən isə insanların bitki çaylarına üstünlük vermələrini tövsiyə edirəm. Lap gözəl olardı ki, çaylara ədviyyatlar əlavə edilsin".


O bildirib ki, bəzi insanlar bu mövsümdə xaşın və alkoqolun hər dərdə dərman olduğunu düşünürlər: "Alkoqolun zərəri haqqında daim danışmışıq. Spirt orqanizmə daxil olandan sonra qlükozaya çevrilir və metobalizmin sürətini zəiflədir. Maddələr mübadiləsi zəiflədikdə ağciyərlərin və digər orqanların çalışma sürəti aşağı düşür".


Həkim-diyetoloqun sözlərinə görə, xaş kalori dəyəri yüksək olan, tərkibində vitamin D-ni ehtiva edən bir qidadır: "Soyuq aylarda xaş maksimum həftədə bir dəfə qəbul edilə bilər”.

Leyla Zülfüqarlı onu da əlavə edib ki, immun sistemini gücləndirən insanlar koronavirusa yoluxan insanlarla təmasda olsalar belə bu xəstəliyə yoluxmurlar.


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti