Xəzər Xəbər

Azərbaycanda hərbi vəziyyət ləğv olunur? Açıqlama

Cəmiyyət | 15:04 • 27 Noyabr 2020
Azərbaycanda hərbi vəziyyət ləğv olunur?

"Hərbi vəziyyətin ləğv edilməsi hələ tezdir”


XəzərXəbər sfera.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli sentyabrın 27-dən mövcud olan hərbi vəziyyət rejiminə xitam verilməsinin tez olduğunu deyib:


 "Müharibə dövrünün özünün sərt qanunları var. İndiki zamanda arxa cəbhə də ön cəbhə qədər önəmlidir. Azərbaycan bu mənada istər ön, istərsə də arxa cəbhədə sınaqlardan alnıaçıq çıxıb. Birinci Qarabağ müharibəsi dövründə erməni cəlladları arxa cəbhədə də bir sıra təxribatlara əl atmışdı. Erməni terrorçuları tərəfindən bir ildə iki dəfə metroda partlayışın baş verməsi və onlarla vətəndaşımızın həlak olması yaxın keçmişimizin terror hadisələridir. Atəşkəs dönəmində də ermənilər bu cür teraktlara dəfələrlə cəhd edib.Müharibə dövründə də həmin təhlükə aktuallığını saxlayıb”.


Həmsöhbətimiz hesab edir ki, hərbi əməliyyatlar dayansa da təhlükəsizlik baxımından Azərbaycanda hərbi vəziyyətin davam etməsi arzuolunandır:


 

"Bilirsiniz ki, hərb meydanındakı uğurlarımızdan qıcıqlanan xarici qüvvələr var. Hansı ki, onlardan bəziləri açıq, digərləri isə gizli şəkildə ölkəmizə qarşı fəaliyyət göstərməkdədir. Belə olan halda ölkədə mövcud olan hərbi vəziyyət bir müddət də davam etməlidir. Müharibənin fəsadları, dalğası tam kəsilməyincə, daha sakit və asayişli dövrə qədəm qoymadıqca hərbi vəziyyət davam etməlidir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
366 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti