Xəzər Xəbər

Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli - VİDEO

Cəmiyyət | 09:52 • 24 Noyabr 2020
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq -

Azərbaycan əsgəri bir daha səngərdən üzüyuxarı baxmamalıdır. Azərbaycan əsgəri daim dağın üstündə, zirvələrdə oturmalıdır. 


Xezerxeber.az-ın məlumatına görə, bunu noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olan polkovnik Babək Səmidli ölümündən əvvəl döyüş qabağı əsgərləri qarşısında çıxış edərkən deyib.


Şəhid polkovnik bildirib ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib: "30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".


Şəhid polkovnik bildirib ki, Azərbaycan əhalisi əsgərinə və ordusuna güvənir: "Mən şəxsən qadın tanıyıram ki, cehizlik yorğan və adyalını əsgər üçün göndərib. Belə bir xalqın üzünə necə baxa bilərik? Odur ki, bizə dəmir nizam-intizam, komandirlərin tapşırıqlarını yerinə yetirmək və təlim-məşqlərə yüksək səviyyədə hazırlaşmaq qalır. Hücum tapşırığı gələn kimi Azərbaycan əsgəri şığıyaraq qalan düşməni də məhv etməlidir. O müqəddəs torpaqlarda donuzlar gəzməli deyil, Azərbaycan vətəndaşları yaşamalı, dağıdılmış məscidlərdən azan səsi yüksəlməlidir. Bizim qarşımızda başqa heç bir məqsəd qoyulmayıb. Rayonlarımız işğaldan azad edilib, çox az sayda şəhid vermişik. Lazım olsa yenə şəhid verməliyik. Heç kim başqa nəsə düşünməməlidir".



Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti