Xəzər Xəbər

Azərbaycanda 'sms icazə' sistemi bərpa edilir? Açıqlama

Cəmiyyət | 15:23 • 23 Noyabr 2020
Azərbaycanda 'sms icazə' sistemi bərpa edilir?

Xəbər verdiyimiz kimi 22 noyabrda Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən kəskin artıb. Belə ki, 3169 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma dinamikası davam edərsə bu həftə "sms icazə" sisteminə keçirilə bilərmi?


XəzərXəbər xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, həftə sonu sərtləşdirilmənin nəticəsini həftənin ilk günləri görülə bilər:


"Ancaq nəzərə alsaq ki, həftəiçi də dövlət və digər müssisələrədə işçi sayının 30 faizə endirilməsi tövsiyə edildi. Dövlət idarələri bu tövsiyəyə əməl edir. İnanıram ki, digərləri də buna əməl edir. Ən çox insanların toplaşdığı yerlər təhsil müəssisələri idi ki, artıq onlar da bağlıdır. Ancaq bütün yerləri bağlamaq və məhdudlaşdırmaq bir az çətindir. Ona görə də qaydalara əməl etmək lazımdır. Bilirsiniz ki, artıq açıq havada da maska taxmaq məcburidir. Eyni zamanda idarə və müəssisələr qoyulan qaydalara əməl etməlidir.


Bu məsələdə ictimai qınağın olması da vacibdir. Qaldı ki, "sms icazə" və 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyulması məsələsinə, yoluxma artma dinamikası davam edərsə, yenidən buna gedilə bilər. İnsanlarımız yenidən bu sistemə keçirilməməsi üçün qoyulan qaydalara əməl etməlidir. Əməl edilməsə tədbiq edilən sərtləşmələr həm iqtisadi və sosial problemlərə yol açır".

Xəbər lenti