Xəzər Xəbər

Rusiya sülhməramlıları Kəlbəcərə niyə aparılır? Açıqlama

Cəmiyyət | 13:08 • 17 Noyabr 2020
Rusiya sülhməramlıları Kəlbəcərə niyə aparılır?

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Rusiya sülhməramlılarının Kəlbəcər rayonu ərazisində yerləşdirilməsi nəzərdə tutulmurdu. Amma Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib: "Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.


Söhbət Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrından gedir. Hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Rusiya sülhməramlılarının ora getməsi yerləşmək sayılmır


"Onlar erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasında iştirak etməlidir. Ola bilər ki, Xudavəngdə postun yerləşdirilməsi bununla əlaqəli olsun. Amma bu barədə dəqiq bir şey deyilməyib. Rusiya sülhməramlılarının fəaliyyəti məhz Laçın dəhlizi boyu və Dağlıq Qarabağdakı təmas xəttini əhatə etməlidir, onlar adı çəkilən yerlərdə yerləşdirilməli, orada postlar qurulmalıdır”./Metbuat.az

Xəbər lenti