Xəzər Xəbər

Qarabağ savaşı: Ağdərədə düşmən məhv edilir - OPERATİV VƏZİYYƏT

Hadisə | 13:13 • 23 Oktyabr 2020
Qarabağ savaşı:

Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir və yaşayış məntəqələrini düşmən tapdağından azad etməyə davam edir. Artıq Azərbaycan-İran sərhədi tam nəzarətimizdədir və əsgərlərimiz Ermənistanla sərhədə çıxıblar.


Bəs şimalda, Ağdərə-Murov istiqamətdə vəziyyət necədir?


Ermənistan Fövqəladə Hallar Nazirliyinin Zod-Kəlbəcər (M-11) və Sisian-Laçın (M-12) yollarından istifadəni mülki vətəndaşlar üçün bağlaması, əslində, hərbi əməliyyatların operativ teatrının həmin bölgələrdəki vəziyyətindən xəbər verir.


Murovdağın ordumuzun nəzarətində olması həmin yüksəkliyin cənub yamacındakı serpantin yola tam nəzarətlə yanaşı, Qamışlı, Sardaş və Lev yaşayış məntəqələri istiqamətində Ermənistan Müdafiə Nazirliyinin dislokasiya edilmiş hərbi birliklərini kontrolda saxlamağa imkan verir.


Vəng-Sınıqkilsə-Çaykənd istimaqəti düşmənin strateji müdafiə xətti olmaqla yanaşı, stansionar postlar, müdafiə istehkamları və möhkəmləndirilmiş komanda-müşahidə məntəqələrindən ibarət marşrutlaşdırılmış zolaqdır. Həmin istiqamətdə düşmən eşelonlanmış müdafiə sistemi qurub.


Dağlıq Qarabağ erməniləri üçün müstəsna strateji əhəmiyyət daşıyan M11 yolunun Ermənistanın Azat yaşayış məntəqəsi ilə Vəng-Most-Yuxarı Orataq-Yayıcı-Heyvalı istiqaməti ilə Qarabağın şimalının nəqliyyat-kommunikasiya infrastrukturun "bel sütunu"nu təşkil etdiyini nəzərə alsaq, düşmən bu istiqamətdə asanlıqla geri çəkilən deyil.


Ağdərə istiqamətinə gəldikdə isə, Suqovuşan təki müstəsna strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra növbəti yön Tonaşen və Çardaqlı kəndləridir.


Həmin kəndlərdə Ermənistan Müdafiə Nazirliyi qarabağlı ermənilərlə birlikdə Müdafiə Rayonu yaratmışdı.


Orada hava hücumundan müdafiə qurğuları, uzaqvuran artilleriya, reaktiv yaylım atəşi sistemləri və ən başlıcası, tank əleyhinə raket qurğuları az deyil.


Tonaşen, Çardaqlı və Kiçik Qarabəy kəndlərinin mövqeyi elədir ki, düşmən hakim yüksəkliklərdədir.


Kiçik Qarabəy düşməndən azad olunarsa, qərb istiqamətdən Ağdərəyə yol açılır və həmin yol kiçik Ağabəyyallı kəndindən keçir.


Kənd isə Xaçatur Abovyan küçəsi ilə Ağdərəyə girişi təmin edir.


Ağdərənin şimal, şimal-şərq, şərq və cənub-şərq istiqamətdən 6 zolaqdan ibarət müdafiə sisteminə malik olduğunu nəzərə alsaq, qərbdən bu şəhərə girişi təmin edən Suqovuşanın strateji önəmi bir daha aydın olur.


Hazırda Ağdərə üç tərəfdən mühasirədədir və düşmənin bu şəhərdəki əlahiddə Müdafiə Rayonu ordumuza müqavimət göstərməyə çalışır.


Suqovuşan-Tonaşen-Umudlu-Zəylik istiqamətinin bilavasitə Sərsəng su anbarına çıxışı təmin etdiyini nəzərə alsaq, həmin yöndə hücum əməliyyatlarının aparılması önəmlidir.


Lakin asan deyil, çünki bütün hallarda irəliləyən qüvvələr ya Çardaqlı istiqamətinə yönələrək hakim yüksəkliklərin nisbi uzaqlığından keçməli, ya da tam əksinə, yüksəlikləri ələ keçirərək düşmənin canlı qüvvəsini və ələlxüsus da artilleriya batareyalarını məhv etməlidir.


Umudlunun işğaldan azad edilməsi isə Zəylik-Həsənriz istiqamətinə yolu açır.


Hazırda Qarabağın şimalında ağır döyüşlər gedir və düşmənin müdafiə sistemi dağıdılır.


Sistemdə iri mövqe dəlikləri yaradılır, ordumuzun canlı qüvvəni qoruyaraq irəliləməsinin təminatı üçün düşmənin haldan salınaraq zəiflədilməsi, sonra isə geri çəkilməyə vadar edilməsi taktikası tətbiq olunur.


Şimalda tələsmək olmaz, çünki cənubdan fərqli olaraq, dağlıq ərazidir.


Burada addım-addım irəli getmək gərəkdir...


Qarabağın cənubunda ermənilərin təqribən 6500 nəfərlik qruplaşmasının mühasirəyə düşməsini, Fizuli və Cəbrayıl istiqamətində, habelə Zəngilanda ermənilərin əks-hücuma keçmək niyyətinin puç olması da düşmənə ağır zərbə oldu.


Ermənilər 18,4 km geri çəkilərək ordumuzu "kisə"yə salmağa çalışsalar da, bu primitiv fəndi hərbçilərimiz anladılar və düşmənin özünü tələyə saldılar.


Beləliklə, Mincivan-Ağbənd azad olunmaqla yanaşı, Qubadlıdakı düşmən korpusunun məhvi artıq sona çatmaqdadır.


Düşmən cənubda Laçına doğru geri çəkilməkdədirsə, şimal istiqamətdə də analoji durumdur.


Cənubdan və şimaldan dağıdıcı zərbələr alan düşmənin Xocavənddən geri çəkilməklə özünü tam məhvdən qorumaq üçün isterik, tələsik qərar verəcəyi də istisna deyil.


Günün əsas nəticəsi budur: düşmən strateji, texniki və taktiki baxımdan ordumuza tam məğlub olur.


Bu, artıq faktdır.



Milli.Az

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti