Xəzər Xəbər

Sülh razılaşması: Naxçıvana dəhliz açılacaq? Azərbaycanın siyasi həmləsi...

Cəmiyyət | 13:17 • 20 Oktyabr 2020
Sülh razılaşması: Naxçıvana dəhliz açılacaq?

"Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Amma baza prinsiplərində təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz də nəzərdə tutulur”.


Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov işğal altında olan ərazilər azad olunduqdan sonra Ermənistanın istifadəsi üçün Laçın dəhlizinin açıq saxlanılması ilə bağlı danışarkən deyib.


"Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bu məsələ ilə bağlı ətraflı və dəqiq izah verdi. Düşünürəm ki, bu haqda hələ danışmaq, şərh vermək tezdir. Təklif edirəm ki, bu məsələdə bir az gözləyək. Çünki prezidentin də qeyd etdiyi kimi, geniş şəkildə müzakirə üçün əvvəlcə Ermənistanın işğalçı ordusu Dağlıq Qarabağı tərk etsin. Bundan sonra hansısa məsələləri müzakirə etmək olar. Amma ümumilikdə onu qeyd edim ki, hər bir sülh sazişində bölgədə kommunikasiyaların açılması, blokadaların aradan qaldırılması nəzərdə tutulur”, - deyə o bildirib.


Redaktor.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar