Xəzər Xəbər

Şuşaya gedən yol açılıb? - VİDEO

Veb TV | 18:45 • 17 Oktyabr 2020
Şuşaya gedən yol açılıb? -

Füzuli rayonunun işğaldan azad edilməsi Şuşaya gedən yolun açılması anlamına gəlir.

Prezident İlham Əliyev da xalqa müraciət edərkən bildirdi ki, Azərbaycan ordusu böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində Füzulini işğalçılardan azad etdi.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, 27 il düşmən tapdağında olan Füzuli rayonunun azad edilməsi, Azərbaycan silahlı qüvvələri üçün hərbi strateji baxımdan çox əhəmiyyətlidir. Ekspertin fikirincə, Füzuli rayonunda düşmənin sarsıdıcı zərbələrlə məhv edilməsi Qarabağın gözü hesab edilən Şuşa şəhərinə yolun açılması deməkdir.

Ramil Məmmədli deyib ki, Füzuli şəhərində hava limanı yerləşir. Bu da Azərbaycan ordusunun hərbi cəhətdən həmin istiqamətdə təchizat və təminat prosesini sürətləndirəcək. Ümumiyyətlə, Füzulinin azad edilməsi Azərbaycan Ordusunun cənub istiqamətində həyata keçirdiyi əməliyyatların ən pik məntəqəsi hesab edilir.

Hərbi mütəxəssislərin fikrincə, Cəbrayıldan sonra Füzuli şəhərinin də işğalçılardan təmizlənməsi onu göstərir ki, Azərbaycan Ordusu mükəmməl döyüş qabiliyyətinə və texniki imkanlara malikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti