Xəzər Xəbər

Paşinyan və ordu məğlub durumda: İrəvanda hər kəs sarsıntı içindədir - VİDEO

Veb TV | 19:33 • 9 Oktyabr 2020
Paşinyan və ordu məğlub durumda:

Ermənistan əhalisi məyus vəziyyətdədir. İnsanlar cəbhədən gələn uğursuz xəbərlərdən konkret yorulublar. Bütün ölkədə olduğu kimi paytaxt İrəvanın də üzərini sözün əsl mənasında qara buludlar alıb.

Xezerxeber.az-ın məlumatına görə, artıq ermənilər Paşinyanın təslim olduğunu məcbur olaraq qəbul ediblər. İnsanlarda evdən çölə çıxmağa, əylənməyə belə həvəs qalmayıb. Ermənistanın paytaxtında bu gün çəkilən kadrlar vəziyyətin nə yerdə olduğunu aydın göstərir. İrəvan küçələrində çox az insan gözə dəyir ki, onların da pərişan durumda olduğu açıq hiss edilir.

Adətən insanların ən çox toplaşdığı kafe-restoranlar boş qalıb.

Gör işin harasıdır ki, İrəvanın mərkəzindəki bazar da boşalıb.

Şəhərdə demotivasiya 100 ballıq şkalaya yüksəlib. Vətənpərvərlik abu-havası sıfır vəziyyətindədir. Bakıdan fərqli olaraq İrəvanda nə avtomobillərin, nə də binaların üzərində bir dənə də olsun bayraq görmək mümkün deyil.

Hazırda İrəvanda insanların ən çox olduğu yer kilsədir. Cəbhədəki itkilərin qarşısını almağa gücü çatmayan hökümətdən ümidini üzən ermənilər tək çarələrinin Tanrıya dua etmək olduğunu anlayıblar. Acizlik onların qəddini elə əyib ki, hətta dizlərini yerə ataraq Allaha yalvarırlar. Allahın kimin duasını qəbul etdiyi isə cəbhədə hansı tərəfin uğur qazanmasından aydın olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti