Xəzər Xəbər

Azərbaycan ordusu nə üçün yüksəklikləri ələ keçirir? GENERAL CAVAB VERDİ

Gündəm | 15:24 • 30 Sentyabr 2020
Azərbaycan ordusu nə üçün yüksəklikləri ələ keçirir?

"İlk gün həm Füzuli, həm də Cəbrayıl rayonlarında bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Sonra növbəti addım şimal istiqamətində Murovdağ silsiləsinin Murov zirvəsi oldu. Təsəvvür edin, o zirvəyə nə tank dırmaşır, nə də təyyarə bir şey edə bilir". 


Bu sözləri hərbi ekspert, keçmiş korpus komandiri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.


Onun sözlərinə görə, piyadaların qəhrəmanlığı nəticəsində həmin post darmadağın edildikdən sonra həmin yüksəklik nəzarətə götürülüb:


"Yüksəkliklər nə üçün nəzarətə götürülür? Çünki oradan hər tərəf görünür. Şimaldan Ermənistan tərəfdən gələn qoşunların kalonlarını həmin yüksəkliklərdən nəzarətdə saxlamaq olur. Oradan Azərbaycan ordusunun müxtəlif raket artilleriya vasitələrinə koordinatlar verilir ki, hədəf məhv edilsin.


Mərkəz istiqamətindən Talış kəndinin yaxınlığında 2016-cı ildə bir neçə zirvə işğaldan azad olunmuşdu. Dünən Azərbaycan ordusu o zirvələrdən daha yüksəkdə olan strateji yüksəkliklər ələ keçirib.


Bəzən sual olunur ki, niyə yaşayış məntəqələri ələ keçirilmir? Bəli, yaşayış məntəqələri, sözsüz ki, önəmlidir və vacibdir. Ancaq bütün hərbçilər bilir ki, yaşayış məntəqələrindən vacib strateji yüksəkliklərdir. Bu yüksəkliklər vasitəsilə ətrafda olan bütün yaşayış məntəqlərinə nəzarət və təsir etmək olur. Qoşunlarımız fəaliyyətdə olarkən onu idarə etmək daha rahatdır"./BAKU.WS

Xəbər lenti