30 sentyabr 2020-ci il tarixindən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu aktivləşdirilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə, yəni oktyabrın 7-dək yekunlaşmalıdır.
Bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.
2019-2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur.
Belə ki, həmin tələbələrin 2019-2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcək.
2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı
Təhsil müəssisələrinə rəsmi internet səhifələrində elektron ünvan (