Xəzər Xəbər

Həyatda olan şəxs ölmüş kimi qeydiyyata alınıb, ailə sarsıntı keçirib - VİDEO

Veb TV | 19:51 • 24 Sentyabr 2020
 Həyatda olan şəxs ölmüş kimi qeydiyyata alınıb, ailə sarsıntı keçirib  -

Həyatda olan şəxsin adına ölüm kağızı verilib və buna görə də övladının aldığı sosial müavinət kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, tragikomik hadisə Abşerona rayon sakini Müzəffər Quliyevin başına gəlib.

Müzəffər Quliyev, iyul ayından sənəd üzərində ölü kimi görsənsə də, bunu bir həftə əvvəl öyrənib.

O, ölümü haqqında məlumatı qəyyumluğunda olan 2-ci qrup əlil oğluna görə ödənilən sosial müvinətin dayandırılmasından sonra öyrənib. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etdikdə isə heç vaxt unutmayacağı anı yaşayıb.

Şikayətçinin həyat yoldaşının sözlərinə görə, onlara deyilənlər qarşısında böyük sarsıntı keçiriblər. Ölü kimi qeydiyyata alınan Müzəffər Quliyev isə işdə olduğundan bu proseslərlə etibarnamə əsasında onun həyat yoldaşı Kəmalə Quliyevə məşğul olub.

Məsələ ilə bağlı Abşeron rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, sözügedən hal təxniki xəta səbəbindən baş verib. 20 iyul tarixində sözügedən ailəyə çağırışa gedilib və bundan sonra eyni ad və soyadda başqa bir şəxsin ölümü qeydə alınıb. Həmin dönəmdə çağırışların sayı çox olduğundan işçilər səhvə yola verərək düzgün qeydiyyat aparmayıblar. Bundan sonra isə yanlış məlumatlar digər dövlət qurumlarına göndərilib. Məsələ aşkarlanan kimi isə ailədən üzr istənilib və müvafiq dövlət qurumlarına yenidən doğru məlumatlar göndərilib. Problemin qısa zamanda həll ediləcəyi gözlənilir.

Məsələ ilə bağlı Dövlət Sosial Müafiə Fonundan isə bildirilib ki, sözügedən hal araşdırılır və vətəndaşa qısa zamanda köməklik ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti