Xəzər Xəbər

DƏHŞƏTLİ QƏZA: Təyyarə iki yerə bölündü, 20 nəfər ÖLDÜ - VİDEO

Veb TV | 10:21 • 8 Avqust 2020
DƏHŞƏTLİ QƏZA:
Hindistanın "Air İndia Ekspress" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kerala ştatının Kojikode şəhərinə enişi zamanı eniş-uçuş zolağından çıxıb.


Bu barədə Rusiya mediası məlumat yayıb.


Bildirilib ki, hadisə nəticəsində pilot həyatını itirib, xeyli sərnişin isə xəsarət alıb. Təyyarənin iki hissəyə bölündüyü bildirilir.


Qəza nəticəsində 20 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.


Yaralılardan 15-nin vəziyyəti ağırdır.



Publika.az

Xəbər lenti