Xəzər Xəbər

Bakıda qadın ərini qaz balonu ilə öldürdü — Dəhşətli qətlin TƏFƏRRÜATI

Hadisə | 16:50 • 6 Avqust 2020
Bakıda qadın ərini qaz balonu ilə öldürdü

Bakıda ərini öldürməkdə təqsirləndiirilən Tünzalə Vəliyevanın cinayət işi.


XəzərXəbər xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda baş verib. Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 28 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı 23 yaşlı Tünzalə Vəliyeva ilə mübahisə edib.


Mübahisə zamanı Tünzalə Vəliyeva həyat yoldaşı Nazim Vəliyevi qətlə yetirib.


Polis əməkdaşları tərəfindən saxlanılan 23 yaşlı Tünzalə Vəliyeva hadisəni özünü müdafiə edərkən törətdiyini deyib. 


İki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu demək olar ki, hər gün döydüyünü bildirib. Müxtəlif yerlərdə günəmuzd əməklə məşğul olan və evə içkili gələn Nazim Vəliyevin əməllərindən bezdiyini deyən qadın onu öldürməyi planlaşdırmadığını əlavə edib. 


1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. 


Hadisə baş verən günü gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 24 yaşlı qadın masanın üzərindəki iri meyvəqabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 28 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinə cinayəti törətməkdə təqsirli bilinən Tünzalə Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib./ölkə.az

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti