Xəzər Xəbər

Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi Gəlini ilə birlikdə... - VİDEO

Veb TV | 09:24 • 6 Avqust 2020
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi

Modul tipli xəstəxanada müalicə alaraq sağalanlardan biri də 88 yaşlı qadındır. Onun gəlini də həmin xəstəxanada COVID-19-dan müalicə olunub. Hər iki qadın sabah evə buraxılacaq.

88 yaşlı qadın koronavirusdan sağaldı.

Söhbət Bakıdakı modul tipli xəstxanada koronavirusdan müalicə alan Həlimə Zeynalovadan gedir. O, 2 həftə əvvəl COVID -19 diaqnozu ilə daxil olub və müalicələr nəticəsində bu infeksiyadan sağalıb. Həkimlərin sözlərinə görə, onun yanaşı gedən ağır xəstəliyi olmayıb.

Həlimə Zeynalovanın gəlini Nübar Əliyeva da onunla eyni xəstəxanada koronavirusdan müalicə alır. O da sabah evə buraxılacaq.

Həkimlərin sözlərinə görə, son vaxtlarada xəstəxanaya gətirilənlərin əksəriyyətinin vəziyyəti ağır olur. Çünki, onlar evdə özlərini müalicə etmək istəyirlər. Vaxtında tibb müəssisəsinə müraciət etdikdə isə koronavirusdan daha asan sağala bilərlər.

Bu modul tipli tibb ocağında yaşının çox olmasına baxmayaraq xəstəliyi yüngül keçirən başqa xəstələr də var.

Xəbər lenti