Xəzər Xəbər

Partlayışın Beyruta vurduğu ziyan məlum oldu

Dünya | 14:20 • 5 Avqust 2020
Partlayışın Beyruta vurduğu ziyan məlum oldu

Livanın paytaxtı Beyruta partlayışdan dəyən ziyan 3 milyarddan 5 milyard ABŞ dollarınadək dəyərləndirilir.


Livan KİV-i xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud deyib.


Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb./report

Xəbər lenti