Xəzər Xəbər

Yevlaxda koronavirusun daha çox yayıldığı “Qaraçılar məhəlləsi”ndən reportaj VİDEO

Veb TV | 20:33 • 1 Avqust 2020
Yevlaxda koronavirusun daha çox yayıldığı “Qaraçılar məhəlləsi”ndən reportaj

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlardan biri də Yevlaxdır. Bu rayonda virus ilk vaxtlarda əsasən "Qaraçılar" kimi tanınan məhəllənin sakinləri arasında daha çox yayıldı. Hətta bu əraziyə giriş-çıxış məhdudlaşdırıldı, polis postları quruldu. Bəs indi bu məhəllədə vəziyyət necədir?

Yevlaxda aprelin son günlərindən etibarən kütləvi yoluxma hallarının qeydə alınmağa başladığı "Qaraçılar" məhəlləsində artıq vəziyyət normala dönüb. İlk günlərdə yoluxma sayının 10-15 nəfərə çatdığı məhəllədə bu günlərdə həyat öz əvvəlki axarına qayıdıb.

Həmin məhəllədə sakinlərin karantin qaydalarına məhəl qoymamaları səbəbindən vəziyyət may ayında daha da gərginləşmişdi. İyunun ortalarından isə "Qaraçılar" məhəlləsində görülən qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət stabilləşməyə başlayıb.

Yevlax Gigiyena və Epidemiologiya Mərkəzinin rəisi Tünzalə Şabanova bildirib ki, bu müddət ərzində qaraçıların yaşadıqları ərazi müntəzəm şəkildə dezinfeksiya edilib, həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət qoyulub. Hətta onların şəhərə çıxıb xəstəliyi yaymamaları üçün məhəllədə səyyar bankomatlar da quraşdırlıb, çörək və digər ərzaq mağazaları və apteklər açılıb. Bu tədbirlər öz nəticəsini verib. Artıq qaraçılar məhəlləsində virusa yoluxma qeydə alınmır. Polis postları da ərazidən yığışdırlıb.

Onu da qeyd edək ki, rayonda ümumi yoluxma faizi də aşağı düşüb.

 

Əməkdaşımız Rahim Ibrahimoğlunun "Qaraçılar" məhəlləsindən hazırladığı videomaterialı izləyək.

Xəbər lenti