Xəzər Xəbər

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Gündəm | 09:58 • 15 İyul 2020
 General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan Ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.


Xezerxeber.az-ın xəbərinə görə, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Fəxri Xiyabana gətirilib.


İnsan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.


Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.


Xəbər lenti