Xəzər Xəbər

Koronavirusdan sağalanlar - VİDEO

Veb TV | 09:38 • 10 İyul 2020
Koronavirusdan sağalanlar -

Koronavirus infeksiyasındandan sağalanlar evlərinə buraxılırlar.

Təkcə bu klinikada gün ərzində 20-yə yaxın xəstənin müalicəsi başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, koronavirusa yoluxanlardan bəziləri xəstəliyi gec aşkarladıqlarını bildiriblər.

Sağalan şəxslər xəstəliyin çox ağır keçdiyini, bu səbəbdən tövsiyələrə əməl etməyin vacib olduğunu vurğulayıblar.

Həkim-infeksionist Firdovsi Məmmədov bildirib ki, sağalan xəstələrin müayinəsi bundan sonra da davam edəcək. Yenidən virusa yoluxmamaq üçün həmin şəxslərə həkimlər öz tövsiyələrini veriblər.

Firdovsi Məmmədov onu da qeyd edib ki, son həftələrdə gələn xəstələr əvvəlkilərə nisbətən daha ağır olur.

Koronavirusa qalib gəlməyin yeganə yolu qaydalara əməl etmək və məsuliyyətli davranmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti